AZ

Diplomatik gərginlik: Ukraynada Azərbaycan səfirliyinə zərbənin səbəbi – Rusiyadan mesaj?

Kiyevdəki Azərbaycan səfirliyinə raket zərbəsi diplomatik gərginliyi yenidən gündəmə gətirib və regiondakı maraqların hədəfə alınması barədə ciddi suallar doğurur.

Siyasi şərhçi Cavanşir Abbaslı NOCOMMENT.az-a verdiyi açıqlamada, bunun təsadüfi bir hadisə olmadığını bildirib.

O, xatırladıb ki, Rusiya-Ukrayna müharibəsinin 3 il 9 aylıq müddətində Azərbaycanın Ukraynadakı diplomatik və iqtisadi obyektləri bir neçə dəfə raket hücumlarına məruz qalıb:

“Rusiya raketlərinin səfirliyə, Xarkovdakı konsulluğa, həmçinin SOCAR-ın neft bazalarına bir neçə dəfə düşdüyünün şahid olmuşuq. Həmin hadisələrin təsadüfi olduğunu demək mümkün deyil. Xüsusilə, bu il avqustun 8-18-i tarixlərində Odessiya vilayətində SOCAR neft bazalarına ard-arda zərbələr endirilib. Həmin zərbələrin Ağ Evdə Ermənistan və Rusiya rəhbərliyi arasında sənədin paraflanması ilə üst-üstə düşməsi təsadüfi deyil”.

Cavanşir Abbaslı

Siyasi şərhçi əlavə edib ki, Kiyevdəki səfirliyimizə endirilən raket zərbəsi təsadüfi deyil:

“Rusiyanın sırf Azərbaycan obyektlərini hədəfə aldığını demək də hələ mümkün deyil.

Hadisələr son dönəmlərdə tez-tez təkrarlanır və Azərbaycan tərəfi də buna cavab verir. Rusiyanın Azərbaycandakı səfirliyinin XİN-ə çağırılması və nota təqdim olunması bunun göstəricisidir”.

O, həmçinin bildirib ki, Azərbaycan-Rusiya münasibətləri dərindir və Kiyevdə baş verənlər bu əlaqələrə zərər verməyəcək:

“Əksinə, Azərbaycan-Ukrayna əlaqələrini daha da möhkəmləndirəcək. Prezident Zelenski də Azərbaycan Prezidentinə zəng edərək baş verən hadisəyə görə təəssüfləndiyini bildirib, itkilər olmadığını vurğulayıb”.

Aynurə İsmayıl

Seçilən
81
nocomment.az

1Mənbələr