AZ

Trampa qolf meydançasında edilən hücumla bağlı yeni detallar

BAKI, 15 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsddə ittiham olunan Tomas Metyu Kruz planı təkbaşına hazırlayıb və heç kimi bu barədə məlumatlandırmayıb.

Teleqraf xəbər verir ki, bunu ABŞ Federal Təhqiqat Bürosunun (FBI) direktoru Keş Patel bildirib.

Patelin sözlərinə görə, istintaqa cəlb edilən 480-dən çox FBI əməkdaşı müəyyən edib ki, Kruzun həm onlayn, həm də real ünsiyyət dairəsi məhdud olub.

"O, hücumu özü planlaşdırıb, özü də həyata keçirib və niyyətini heç kimlə bölüşməyib”, - Patel “X” sosial platformasında yazıb.

Xatırladaq ki, 2024-cü il 15 sentyabrda Donald Tramp qolf oyunu zamanı hücuma məruz qalmışdı. Daha sonra hücumla bağlı şübhəli şəxs kimi 58 yaşlı Rayan Uesli Rut saxlanılmışdı.

Seçilən
100
teleqraf.com

1Mənbələr