AZ

Tramp kənd təsərrüfatı məhsullarını rüsumdan azad etdi

BAKI, 15 noyabr. TELEQRAF

ABŞ administrasiyası mal əti, qəhvə və meyvə də daxil olmaqla müəyyən kənd təsərrüfatı məhsullarını əvvəllər digər ölkələrin ixracına tətbiq edilən tariflərdən azad edib.

Teleqraf xəbər verir ki, ABŞ prezidenti Donald Tramp müvafiq sərəncamı 14 noyabrda imzalayıb.

Sənəddə qeyd olunur ki, prezidentin 14257 nömrəli icra sərəncamı çərçivəsində tətbiq olunan qarşılıqlı rüsumlar bəzi kənd təsərrüfatı məhsullarına şamil edilməyəcək.

Dəyişikliklər 13 noyabr 2025-ci il, Şərq vaxtı ilə 12:01-dən etibarən istehlak üçün idxal edilən mallara aid olacaq.

Seçilən
61
1
teleqraf.com

2Mənbələr