AZ

Varşava Universitetində Azərbaycanın qədim xəritələrindən ibarət unikal qalereya açılıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astana, 15 noyabr, AZƏRTAC

Varşava Universitetində Avropada ilk, Türk dünyası da daxil olmaqla dünyada isə ikinci olan IX–XIX əsrlərə aid Azərbaycan Dövlətinin Qədim Xəritələr Qalereyası açılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Astanadakı L.Qumilyov adına Avrasiya Milli Universitetinin Müasir Araşdırmalar İnstitutunun direktoru, professor Muxit-Ardager Sıdıknazarov sosial mediada məlumat verib.

Onun sözlərinə görə, qalereya Avropa ölkələri, ABŞ və Asiyadakı xarici arxivlərdə, kitabxanalarda və kartoqrafik kolleksiyalarda aşkar edilən və araşdırılan xəritələrdən ibarətdir.

“Bu, Varşava Universitetinin Türkologiya kafedrasının Azərbaycanşünaslıq Mərkəzinə hədiyyəmdir”, - deyə Sıdıknazarov yazıb.

Muxit-Ardager Sıdıknazarov xatırladıb ki, Azərbaycan dövlətinin ilk qədim şərq (türk, ərəb-müsəlman) və qərb (Avropa, Amerika) xəritələri qalereyası onun tərəfindən 2023-cü ildə Türk dünyasının mənəvi paytaxtı Türküstan şəhərində açılıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
1
azertag.az

2Mənbələr