“Barselona”nın hücumçusu Robert Levandovski qışda klubu tərk etməyi planlaşdırmır.
Publika.az xəbər verir ki, bu barədə “Sky.de” məlumat yayıb.
Polşalı forvard qış transfer pəncərəsi zamanı yeni komanda axtarmaq fikrində deyil. Futbolçunun agenti Pini Zahavi Levandovskinin karyeranı bitirəcəyi ilə bağlı xəbərləri təkzib edib.
“Onun istisna hücumçu olduğunu hamı bilir. Amma onun gələcəyi və ya “Barselona” ilə yeni müqavilə barədə hələlik heç bir yenilik yoxdur”, – deyə Zahavi bildirib.