AZ

Tramp BBC qalmaqalına görə Starmerə zəng edəcək

BAKI, 15 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Böyük Britaniyanın baş naziri Kir Starmerlə telefonla danışmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, buna səbəb BBC-nin Trampın çıxışını montaj edərək onun dediklərini təhrif etməsi ətrafında yaranan qalmaqaldır.

Tramp jurnalistlərə deyib ki, hələlik bu məsələni Starmerlə müzakirə etməyib.

“Amma həftəsonu ona zəng edəcəyəm. Ona çox ayıbdır. Britaniya sakinləri baş verənlərə görə çox-çox hiddətlidir, çünki bu, BBC-nin yalançı media olduğunu göstərir”, - Tram bildirib.

ABŞ prezidenti BBC-yə qarşı hüquqi addım atmaq niyyətini də təsdiqləyib. O, korporasiyadan “1 milyard dollardan 5 milyard dollara qədər” kompensasiya tələb edəcəyini bildirib. İddianın gələn həftə ərzində verilə biləcəyini söyləyib.

The Times qəzetinin məlumatına görə, BBC 1 milyard dollarlıq iddianın qarşısını almaq üçün Trampa şəxsi üzr göndərməyə hazırlaşır.

Seçilən
67
teleqraf.com

1Mənbələr