AZ

ABŞ B61‑12 taktiki termonüvə bombasını uğurla sınaqdan keçirib

Bakı. Trend:

ABŞ avqust ayında döyüş başlığı olmayan B61‑12 taktiki termonüvəbombasının növbəti uğurlu sınağını həyata keçirib.

Trend xəbər verirki, bu barədə məlumat Energetika Nazirliyinin Sandia MilliLaboratoriyasının açıqlamasında yer alıb.

Sınaqlar 19–21 avqust tarixlərində Nevada ştatındakı sınaqpoliqonunda baş tutub. Test zamanı ABŞ-ın beşinci nəsil F‑35 qırıcıtəyyarələri inert döyüş başlıqlı bombaları hədəfə çatdıraraqatıblar.

Sınaqlar Milli Nüvə Təhlükəsizliyi Administrasiyası (NNSA) iləkoordinasiya olunub və “silahların effektivliyininqiymətləndirilməsində mühüm mərhələ” kimi qiymətləndirilib.

Məlumata görə, 2024‑cü ilin sonunda NNSA B61‑12 tipli havabombalarının xidmət müddətini 20 il uzatmağa yönəlmiş proqramıtamamlayıb.

Seçilən
62
az.trend.az

1Mənbələr