AZ

Məmmədbəyliyə qayıdan keçmiş məcburi köçkün: Bu gün bizim üçün əlamətdar və unudulmaz gündür

Bakı, 15 noyabr, AZƏRTAC

“Bu gün bizim üçün əlamətdar və unudulmaz gündür. Uzun illər sonra öz doğma kəndimizə, torpaqlarımıza qayıdırıq. Torpaqlarımız işğaldan azad olunub. Bu, Prezident İlham Əliyevin rəhbərliyi, Milli Ordumuzun qəhrəmanlığı və şəhidlərimizin fədakarlığı sayəsində mümkün oldu. Biz şəhidlərimizin qarşısında baş əyir, onların ailələrinə ehtiramımızı bildiririk”.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən keçmiş məcburi köçkün Asif Orucov söyləyib.

Otuz iki il sonra Məmmədbəyli kəndinə qayıtdığını deyən keçmiş məcburi köçkün bildirib: “Mən orada doğulmuşam, böyümüşəm, peşə fəaliyyətimə orada başlamışam. İndi 65 yaşındayam və öz nəvələrimlə birlikdə kəndimizə qayıdır, elimizə, torpağımıza, evimizə qovuşuruq”.

 

Seçilən
41
3
azertag.az

5Mənbələr