AZ

ABŞ Braziliya məhsullarına 40 faizlik rusumu qüvvədə saxlayıb

Ağ Ev yalnız Braziliya məhsullarına tətbiq olunan tarifin 10%-dən imtina edib, 40%-lik xüsusi tarif qüvvədə qalıb.

“İki sahil” "CNN Brasil"ə istinadən xəbər verir ki, Ağ Evdəki adı açıqlanmayan mənbələr kanala bildiriblər ki, 40%-lik rüsum hələ də Braziliyaya şamil edilir, halbuki ABŞ prezidenti Donald Tramp əvvəllər bəzi ərzaq məhsullarına, o cümlədən mal əti, qəhvə və meyvəyə tətbiq edilən tarifləri qüvvədən salıb.

Qeyd edək ki, 10% tarifdən imtina edən icraçı sərəncamdan əvvəl Braziliya mallarına 50% rüsum tətbiq olunurdu.

Cümə günü səhər ABŞ prezidenti bəzi kənd təsərrüfatı məhsullarını rüsumlardan azad edən sərəncam imzalayıb.

Seçilən
29
1
ikisahil.az

2Mənbələr