AZ

Keçmiş məcburi köçkün: Xıdırlı kəndinə geri qayıtmağımız bizim üçün böyük sevinc və xoşbəxtlikdir

Bu gün Ağdam rayonunun Xıdırlı kəndinə geri qayıtmağımız bizim üçün böyük sevinc və xoşbəxtlikdir. Uzun illərdir gözlədiyimiz, ürəyimizdə daşıdığımız arzumuz – doğma rayonumuza, öz kəndimizə qayıtmaq nəhayət ki, reallaşır.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Ağdam rayonunun Xıdırlı kəndinə köçən keçmiş məcburi köçkün Orxan Zülfüqarlı söyləyib.

O.Zülfüqarlı Ağdamla bağlı uşaqlıq xatirələrinin az olduğunu deyib: “Həmin vaxt 3 yaşında idim və məcburi köçkünlük dövrünün çətinliklərini yaddaşıma həkk edə bilməmişəm. Bu gün isə ailəmlə birlikdə kəndimizə geri dönürük. Bu qayıdış yalnız fiziki bir dönüş deyil, həm də ruhumuz üçün uzun illərdir gözlənilən bir rahatlama, bir doğma yuvaya qayıdışdır”.

Seçilən
25
2
ikisahil.az

3Mənbələr