AZ

Kolumbiya İsveçdən 17 qırıcı təyyarə alacaq

Kolumbiya və İsveç Cənubi Amerika ölkəsinin 4,4 milyard dollardan çox qiymətə 17 "Saab Gripen" qırıcı təyyarəsi alması barədə saziş imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro məlumat verib.

"Kolumbiya Müdafiə Nazirliyi ilə İsveçin Saab şirkəti arasında dəyəri 16,5 trilyon peso (4,4 milyard ABŞ dollarından çox) olan müqavilə hazırda yekunlaşmaq üzrədir. Şərtlərinə əsasən ölkəyə 17 yeni Gripen təyyarəsi gətiriləcək", - lider qeyd edib.

Kolumbiya "Gripen"i 35 il əvvəl əldə etdiyi İsrailin "Kfir" qırıcılarını əvəz etmək üçün alıb. Köhnəlmiş 22 təyyarəyə texniki qulluq 2024-cü ilin mayında Qəzza zolağındakı hərbi əməliyyatdan sonra Boqotanın İsraillə diplomatik əlaqələrini kəsməsi ilə daha da çətinləşib.

Seçilən
31
ikisahil.az

1Mənbələr