AZ

Tramp: Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır

"Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır".

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Britaniyanın "GB News" telekanalına müsahibəsində deyib.

Tramp Rusiyanı nəzərdə tutaraq vurğulayıb: "Biz onlara çox təzyiq edirik". O, ABŞ-nin Rusiyadan neft və neft məhsulları almasına görə Hindistana əlavə rüsumlar tətbiq etməsinə işarə edərək bildirib:

"Siz Hindistan və neft haqqında bilirsiniz. Hindistan indi imtina edir, digərləri də imtina edir. Rusiya neft satanda onun müxtəlif şeylər üçün pulu olur".

Tramp həmçinin Ukraynadakı münaqişənin həll olunacağına əminliyini ifadə edib: "Düşünürəm ki, biz bunu edəcəyik".

Noyabrın 6-da Tramp Hindistanın Rusiya neftinin alınmasını böyük ölçüdə dayandırdığını iddia edib. Həmin vaxt o qeyd etmişdi ki, ABŞ sanksiyaları tətbiq etdiyi üçün Rusiya neftinin ixracı azalıb.

Seçilən
17
1
ikisahil.az

2Mənbələr