AZ

Müdafiə Nazirliyinin manqa komandiri dələduzluğa məruz qalıb

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib.

KONKRET.az “Teleqraf”a istinadən xəbər verir ki, 38 yaşlı Rəmzi Qasımovun barəsindəki cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

İttihama görə, Rəmzi Qasımov tanışı Natiq adlı şəxsə qarşı dələduzluq edərək ondan 1 347 manat pul alıb. O, həmin məbləğin müqabilində Natiqin banka olan kredit gecikmələrini sildirəcəyini və 25 min manat kredit əldə etməsinə kömək edəcəyini vəd edib. Lakin pulu aldıqdan sonra vədlərinə əməl etməyib.

Məhkəmədə ifadə verən R.Qasımov maddi imkanının olmadığını, dəymiş zərəri ödəyə bilmədiyini və əməlindən peşman olduğunu bildirib.

Məlum olub ki, zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində manqa komandiri kimi xidmət edir.

Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə Rəmzi Qasımov dələduzluq əməlini törətməkdə təqsirli bilinib. Onun əvvəlki şərti cəzası ilə birlikdə cəzaları birləşdirilərək 1 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilərək o, məhkəmə zalında həbs olunub.

Seçilən
119
50
konkret.az

10Mənbələr