Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ukrayna dronları Ryazandakı neft emalı zavoduna hücum edib.
APA xəbər verir ki, bu barədə ASTRA Telegram kanalı yerli sakinlərə istinadən məlumat yayıb.
Hələlik bu məlumatla bağlı rəsmi təsdiq yoxdur.
Ryazan vilayətinin qubernatoru Pavel Malkov gecə bölgədə 25 PUA-nın məhv edildiyini, bir müəssisənin ərazisində yanğın baş verdiyini bildirib. Malkov müəssisənin adını açıqlamayıb. İlkin məlumata görə, xəsarət alan yoxdur, maddi ziyan qiymətləndirilir.
17-18 milyon ton neft istehsal gücünə malik Ryazan neft emalı zavodu Rusiyada ilk beşliyə daxildir. O, dəfələrlə Ukrayna dronlarının hücumuna məruz qalıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə ölkə ərazisində 64 PUA vurulub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.