AZ

Prezidentin çıxışı yeni təyin olunmuş rəhbərlərə işləmək üçün konkret göstəriciləri müəyyən edir

2025-ci il 12 noyabr tarixində, Prezident İlham Əliyev bölgələrdə idarəetmənin keyfiyyətinin artırılması və yeni səviyyəyə qaldırılması məqsədilə bir sıra təyinatlar etdi. Prezident, eyni gün Naxçıvan Muxtar Respublikasında Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə yeni təyin olunan ucra hakimiyəti başçılarını qəbul etdi.

Görüş zamanı cənab Prezident reqionlarda prioritet sahələr olan məşğulluq, infrastruktur, ekoloji tarazlıq haqqında mülahizələrini bildirdi, dövlət xidmətlərinin vətəndaşlara daha yaxın olmasının vacibliyini vurğuladı.

Prezident İlham Əliyev qeyd etdi ki, bu təyinatlar böyük etimaddır və rəhbərlərin qarşısına mühüm vəzifələr qoyulub. "Sizin qarşıda duran vəzifələri fədakarlıqla icra edəcəyinizə tam əminəm" deyən Prezident öz çıxışında bir neçə açar mövzunu diqqətə çatdırdı. Bunlar, vətəndaşlarla ünsiyyət və xidmətə yaxınlıq, reqionlarda məşğulluğun və biznesin dəstəklənməsi, infrastrukturun və sosial xidmətlərin inkişafı, ekoloji tarazlığın qorunması və qanunsuz fəaliyyətlərlə mübarizə, məsuliyyət və peşəkarlıqdır. Qeyd olunan məsələlərin hər biri ətraflnda tapşırıq və tövsiyələrini verən ölkə başçısı, "Sizə verdiyim tapşırıqların əsas istiqaməti – xalqı dinləmək, onunla daim ünsiyyətdə olmaqdır", dedi, yerli icra orqanları rəhbərlərinin yerlərdə vətəndaşlarla birbaşa görüşlərə getmək, onların problemlərini dinləmək və həllinə yönəlmək kimi zəruri vəzifələrini xatırlatdı.

Prezident vurğuladı ki, regionlarda əsas problemlərdən biri məşğulluqdur: "Bölgələrdən şəhərlərə köçün əsas səbəblərindən biri işsizlikdir. Dövlət bu istiqamətdə müxtəlif addımlar atır - sahibkarlara güzəştlər, kiçik kreditlər, özünüməşğulluq proqramı və s." deyə sözlərinə davam edən ölkə rəhbəri, yerli istehsalın gücləndirilməsinin yalnız iş yerləri yaratmaqla deyil, eyni zamanda reqionların iqtisadi müstəqilliyini artırmaqla bağlı olduğunu qeyd etdi

Çıxışında infrastruktur sahəsində əldə edilmiş nailiyyətlərdən danışarkən cınab Prezident, «Elektrik şəbəkə praktiki olaraq bütün bölgələrdə normallaşıb. Kənd yollarının, içməli su və suvarma layihələrinin işi gedir", dedi. Eyni zamanda, hələ tam yekunlaşmamış sahələrin mövcud olduğunu da qeyd edərək, ümumi inkişaf meylini müsbət qiymətləndirdi.

Çıxışında ekoloji məsələlərə də xüsusi yer ayıran Prezident İlham Əliyev, "Reqionlarda çevrə mühitinin qorunmasına böyük önəm verilməlidir. Qanunsuz torpaq-su münasibətləri, tikinti materiallarının icazəsiz hasilatı ekoloji tarazlığı poza bilər", dedi.

Prezident rəhbərlərə bu növ qanunsuz fəaliyyətlərə qarşı sərt olmağı tapşırdı, məsul şəxslərin qanun qarşısında cavab verəcəyini vurğuladı.

Daha sonra məsuliyyət və peşəkarlıq haqqında danışan dövlət başçısı, "Hər rəsmi və onun yaxınları davranışında diqqətli olmalıdır, xalqın etimadını puça çıxarmamalıdır»deyə qeyd etdi. O, rəhbərlərdən həm nümunəvi davranış, həm də korrupsiya və ədalətsizliklə mübarizə istiqamətində qətiyyət tələb edildiyini bildirərək dedi: «İnadla təkrar edirəm: qanunsuzluq cəzasız qalmayacaq».

Prezident İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli bu görüşü - regionlara yüksək səviyyədə diqqətin davamı, rəhbər kadrların yenilənməsi və onların qarşısında dayanan vəzifələrin açıqlanmasıdır. Xüsusilə bir daha bəyan edildi ki, reqionlarda məşğulluğun artırılması, yerli istehsalın təşviqi, infrastrukturun inkişafı və ekoloji tarazlığın qorunması prezidentin prioritetlərində yer alır.

Yeni təyin olunmuş rəhbərlər üçün bu çıxış həm motivasiya rolunu oynayır, həm də işləmək üçün konkret göstəriciləri müəyyən edir. Bu istiqamətlərdə əldə ediləcək davamlı irəliləyiş, bölgələrdə həyat səviyyəsinin yüksəlməsində, hətta ən ucqar ərazilərimizin inkişafında keyfiyyət baxımından sıçrayışa səbəb olacaqdır.

Jalə Əliyeva,
Millət vəkili,
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini

Seçilən
25
ikisahil.az

1Mənbələr