AZ

Maksim Qalkin bu hərəkətinə görə həbs edilə bilər - VİDEO

Rusiyalı şoumen Maksim Qalkinlə bağlı araşdırma başladılıb. 

Milli.az xəbər verir ki, bu barədə Rusiyanın "Mash" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, buna səbəb Qalkinin noyabrın əvvəlində İsrailin Petah-Tikva şəhərində keçirilən konsertindəki hadisə olub. Şoumen çıxışından sonra Ukrayna dilində bir neçə söz söyləyib, sonra tamaşaçıdan Ukrayna bayrağını alıb və onu İsrail bayrağının üzərinə sərib. 

İsrail qanunlarına görə dövlət simvollarının qəsdən təhqir edilməsi üç ilədək azadlıqdan məhrumetmə və ya 15 min ABŞ dolları məbləğində cərimə ilə cəzalandırılır.

Milli.Az

Seçilən
30
2
milli.az

3Mənbələr