AZ

Polis 57 nəfəri saxladı

Yazını böyüt
Yazını kiçilt

Noyabrın 14-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Hafta.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 241, o cümlədən borclu şəxs qismində axtarışda olan 208 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Seçilən
444
3
hafta.az

10Mənbələr