AZ

Axtarışda olan 241 nəfər saxlanılıb

Ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Axtarışda olduğuna görə ümumilikdə 241, o cümlədən borclu şəxs qismində axtarışda olan 208 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.
Seçilən
30
11
moderator.az

10Mənbələr