AZ

Venesuela liderindən sərt xəbərdarlıq: “ABŞ xalqı, Trampın müharibəsini dayandırın"

Venesuela prezidenti Nikolas Madurо ABŞ vətəndaşlarına birbaşa müraciət edərək Donald Trampın siyasətini dayandırmağa çağırıb.

Musavat.com-un məlumatına görə Maduro bəyan edib ki, Trampın Cənubi Amerika və Karib hövzəsində “bombardıman, qətl və müharibə hədələri” region üçün ciddi təhlükə yaradır.

“ABŞ xalqına müraciət edirəm: bu dəli qərarları dayandırın. Müharibəni dayandırın — müharibəyə yox! Amerika üçün fəlakətin qarşısını almaqda həlledici rol məhz ABŞ xalqının üzərinə düşür”, — deyə o bildirib.

Prezident regionda genişmiqyaslı münaqişənin qarşısını almağın yalnız ictimai təzyiq və birgə səylərlə mümkün olduğunu vurğulayıb.

Musavat.com

Seçilən
127
1
musavat.com

2Mənbələr