Bakı. Trend:
Bu gün Transadriatik boru kəmərinin (TAP) – Azərbaycan qazınıAvropaya çatdıran Cənub Qaz Dəhlizinin Avropa seqmentininkommersiya istismarına başlanmasının beş ili tamam olur. Bu beş ilərzində TAP təbii qaz tədarükünün əsas marşrutlarından birinəçevrilərək Avropanın enerji təhlükəsizliyini gücləndirib vəmürəkkəb transavropa infrastruktur layihəsinin uğurla həyatakeçirilməsini nümayiş etdirib. Bu boru kəməri sadəcə mühəndislikqurğusu deyil, dayanıqlı enerji inkişafı naminə ölkələri vəbazarları birləşdirən mühüm strateji təşəbbüsdür.
TAP-ın reallaşması Azərbaycanın iştirakı olmadan mümkün olmazdı.Məhz Azərbaycan layihəni zəruri enerji resursları ilə təmin edib vəonun işə düşməsində həlledici rol oynayıb. Bakının strateji baxışı,siyasi iradəsi və uzunmüddətli enerji siyasəti sayəsində TAPAvropanın qlobal qaz bazarında mövqelərini gücləndirən etibarlıdəhlizə çevrildi. Bu gün boru kəməri təkcə texnoloji uğurun deyil,həm də enerji tədarükünün şaxələndirilməsində Azərbaycanın fəalrolunun və regionun sabit enerji arxitekturasının formalaşmasınaverdiyi töhfənin rəmzidir.
Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 2015-ci ildə keçirilənilk iclasında Prezident İlham Əliyev bildirib ki, 2011-ci ildəAvropa Komissiyasının o vaxtkı sədri Joze Manuel Barrozu ilə CənubQaz Dəhlizi haqqında birgə Bəyannamə imzalanıb və həmin sənəddəAzərbaycan Cənub Qaz Dəhlizinə əsas töhfə verən və bu layihənihəyata keçirən ölkə kimi qeyd olunub.
Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminindərolu ən yüksək səviyyədə tanındığı bir zamanda Prezident İlhamƏliyevin hələ 2015-ci ildə səsləndirdiyi mövqenin necə uzaqgörənolduğu xüsusilə aydın görünür:
“Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalqtəşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycanşaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışandabiz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsininəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakinmənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrinşaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz -Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçünyeganə yeni qaz mənbəyi olacaq. Əlbəttə ki, bu, tamamilə başqavəziyyət yaradır”.
Bu fikirləri bugünkü geosiyasi reallıqla müqayisə etdikdə,dövlət başçısının strateji baxışının nə dərəcədə dəqiq və uzaqgörənolduğu daha da aydın görünür. 2022-ci ilin fevralından sonraAvropanın enerji təhlükəsizliyi məsələsi misilsiz dərəcədəaktuallaşıb və şaxələndirmə enerji siyasətinin sadəcə elementideyil, həyati əhəmiyyət kəsb edən zərurətə çevrilib.
Avropa bu gün heç vaxt olmadığı qədər yeni, etibarlı vəproqnozlaşdırıla bilən enerji mənbələri axtarışını gücləndirib.Məhz belə bir zamanda Azərbaycan tərəfindən illər əvvəlformalaşdırılmış strateji kurs öz həqiqi dəyərini göstərib.
Azərbaycan Avropaya yeni qazın əsas tədarükçüsünə çevrilib –təkcə marşrutların şaxələndirilməsi hesabına deyil, ondan daönəmlisi, Prezident İlham Əliyevin on il əvvəl vurğuladığı kimi,yeni qaz mənbəyinin təqdim olunması sayəsində. Cənub Qaz Dəhlizi,TAP, TANAP, “Şahdəniz” yatağında hasilatın genişləndirilməsi –bütün bu layihələr bu gün Avropanın enerji təhlükəsizliyinindayağıdır.
TAP-ın tarixi
2003-cü ildə İsveçrənin” EGL Group (Axpo)” şirkəti Transadriatikboru kəməri layihəsini elan edib. Layihənin texniki-iqtisadiəsaslandırılması təxminən üç il davam edərək 2006-cı ildətamamlanıb. Həmin vaxt iki marşrut variantı nəzərdən keçirilirdi:birincisi – Bolqarıstan, Şimali Makedoniya və Albaniya üzərindənkeçən şimal marşrutu; ikincisi – Yunanıstan və Albaniya üzərindənkeçən cənub marşrutu.
Alternativlər araşdırıldıqdan sonra “Şahdəniz” konsorsiumu 28iyun 2013-cü ildə “Şahdəniz-2” layihəsi çərçivəsində qazınYunanıstan, İtaliya və Cənub-Şərqi Avropa istehlakçılarınaçatdırılması üçün mövcud TAP marşrutunu seçdiyini rəsmən elan edib.17 may 2016-cı ildə Yunanıstanın Saloniki şəhərində TAP-ıntəməlqoyma mərasimi keçirilib.
2019-cu ilin noyabrında TAP-ın Yunanıstan seqmentində qazınsınaq verilişinə başlanılıb. TAP-ın tikintisi 2020-ci ilinoktyabrında başa çatıb. Boru kəməri İtaliyanın qazpaylayıcışəbəkəsinə qoşulduqdan sonra 15 noyabrda, 31 dekabr tarixindəAzərbaycandan Avropaya ilk kommersiya qaz tədarükünə startverilib.
Bu gün Azərbaycan təbii qazı 12 ölkəyə ixrac edir, onların 10-uAvropa ölkələridir və 8-i Avropa İttifaqının üzvüdür.
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, TAPvasitəsilə Azərbaycandan Avropa İttifaqına boru kəmərləri ilə nəqledilən qazın 7 faizi təmin olunur və ölkəmiz Aİ-nin dördüncü ənböyük qaz tədarükçüsüdür. Bu günədək TAP ilə Avropaya 51,2 milyardkubmetr qaz ötürülüb: 42,9 milyard kubmetr İtaliyaya, 4,9 milyardkubmetr Yunanıstana, 3,4 milyard kubmetr Bolqarıstana çatdırılıb.Cari ilin 9 ayı ərzində ümumilikdə 8,5 milyard kubmetr qaz nəqlolunub – 7 milyardı İtaliyaya, 0,8 milyardı Yunanıstana, 0,7milyardı Bolqarıstana.
Prezident İlham Əliyevin bu ilin aprelində Cənub Qaz Dəhliziüzrə Məşvərət Şurasının 11-ci nazirlər toplantısında və YaşılEnerji üzrə Məşvərət Şurasının 3-cü nazirlər toplantısında dediyikimi, Azərbaycan qazının Avropaya tədarük coğrafiyası genişlənəcək,çünki Azərbaycan artıq bir sıra Avropa ölkələrinin qazpaylayıcışəbəkəsinin qurulmasında iştirak edir.
“Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraqgenişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylamaşəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onlarınbəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir vəAzərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaztəchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, ocümlədən interkonnektorlar vasitəsilə genişlənəcək”,- deyə dövlətbaşçısı bildirib.
TAP-ın genişləndirilməsi
TAP üzrə qaz tədarükünün 2026-cı ilə qədər əlavə 1,2 milyardkubmetr artırılması 2024-cü ilin yanvarında təsdiqlənib. Bundansonra Azərbaycanın qaz hasilatı strategiyasına müvafiq düzəlişləredilib. TAP-ın genişləndirilməsi əlavə qaz həcmlərinin daşınmasınaimkan verəcək və bununla da Azərbaycan qazı alan ölkələrin sayıartacaq, tədarük şəbəkəsi daha da genişlənəcək.
2022-ci ildən etibarən Energetika Nazirliyi və AvropaKomissiyasının enerji üzrə komissarının həmsədrliyi ilə Yüksəksəviyyəli Enerji Dialoqu aparılır. Cənub Qaz Dəhliziningenişləndirilməsi və tədarük həcmlərinin artırılması bu dialoqunəsas mövzularıdır. Bu çərçivədə Azərbaycan TAP-ın maksimal gücü iləişləməsinə nail olub, Avropaya qaz tədarükünü 60 faizədək artırıbvə TAP iştirakçısı olmayan ölkələrə də Türkiyə və Bolqarıstanərazisi vasitəsilə qaz ixracını təşkil edib. Avropaya əlavə qaztədarükünün gələcək artımı birbaşa Aİ siyasətindən asılıdır.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi üzrə Məşvərət şurasının11-ci nazirlər toplantısında qeyd edib ki, uzunluğu 3500 km olaninteqrasiya olunmuş boru kəmərləri sistemi bu gün bir çox ölkələrüçün enerji təhlükəsizliyinin əsas arteriyasıdır:
“İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri,istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmazhissəsi tam dolu işləyir. Biz onları genişləndirməliyik. Əlbəttəki, bunun üçün bizə maliyyələşmə lazım olacaq. Burada biz vacib birnöqtəyə gəlib çıxırıq və bu məsələni dəfələrlə qaldırmışıq. Bəlkəfaydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaqqərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatları, xüsusən dəmüşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq, özsiyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və həttahasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemliolacaqdır”.
Şübhəsiz ki, Azərbaycan qazı alan, həcmlərin artırılmasındamaraqlı olan, eləcə də Azərbaycanın “mavi” yanacağına çıxış əldəetmək istəyən ölkələr mövcud infrastrukturun genişləndirilməsininzəruriliyini dərk edirlər.
Trend-əaçıqlamasında Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki,Avropanın qaz tədarükünü şaxələndirmək və Rusiyadan asılılığıazaltmaq səyləri çərçivəsində Aİ Cənub Qaz Dəhlizi ilə tədarükləriartırmaq niyyətindədir və bu istiqamətdə Azərbaycan hökuməti vədigər tərəfdaşlarla əməkdaşlıq edir.
O bildirib ki, Aİ dəyişən enerji mənzərəsi fonunda TAP-ın ötürməqabiliyyətinin artırılması imkanlarını qiymətləndirmək üçün maraqlıtərəflərlə sıx işləməyə davam edir:
“2022-ci ildən etibarən enerji qənaəti tədbirləri və bərpaolunan enerji mənbələrinin payının artması nəticəsində Aİ-də ümumiqaz tələbatı azalıb. Bununla belə, qeyri-rus qazı tələbatınödənilməsində və enerji təhlükəsizliyinin təmin edilməsində hələ dəəsas rol oynayır.
Aİ-nin qüvvədə olan qaydaları artıq Aİ büdcə vəsaitlərininbeynəlxalq fosil layihələrinə investisiya üçün istifadəsinə imkanvermədiyindən, TAP-ın nəqliyyat infrastrukturunun istəniləngenişləndirilmə səyləri bazar tələbi və qiymət dinamikası nəzərəalınmaqla kommersiya baxımından əsaslandırılmalıdır. Bu kontekstdəTAP-ın mütəmadi bazar sınaqları marağın qiymətləndirilməsi və əlavəgücün zəruriliyinin şəffaf və ayrı-seçkiliksiz əsasdamüəyyənləşdirilməsində əsas rol oynayır”, - deyə AK nümayəndəsibildirib.
TAP-ın “yaşıl” gündəliyi
Bir neçə ölkədən və müxtəlif coğrafi zonalardan keçənTransadriatik boru kəməri ətraf mühitə təsirin minimumaendirilməsi, ekosistemlərin qorunması və yerli icmalarındəstəklənməsi üzrə ciddi öhdəlik nümayiş etdirir.
TAP-ın baş icraçı direktoru Luka Skyeppati Trend-ə müsahibəsindəbildirib ki, TAP ətraf mühitin, sosial və mədəni irsin qorunması(ESCH) üzrə ciddi standartlara riayət edir və daimi monitorinq,qiymətləndirmə və idarəetmə həyata keçirir.
"Biz layihənin bütün mərhələlərində – planlaşdırmadan vəlayihələndirmədən tutmuş tikintiyə qədər – fəaliyyətimiziistiqamətləndirmək, riskləri minimallaşdırmaq və ESCH idarəetməsistemində risklərin qarşısının alınması, nəticələrinyüngülləşdirilməsi və dayanıqlılıq prinsiplərini tətbiq etmək üçünhəssas ekoloji və sosial aspektlər barədə geniş məlumatlartoplamışıq.ESCH həssas zonalara təsirlərdən maksimum dərəcədəqaçınmaq məqsədilə boru kəmərinin marşrutu və yerüstü obyektlərinmövqeyi xüsusi diqqətlə seçilib. Bizim bütün obyektlər iştirakçıölkələrin milli standartlarına, ətraf mühit və sosial sahəyətəsirin qiymətləndirilməsi sənədinə, Aİ direktivlərinə,kreditorların tələblərinə və TAP-ın öz idarəetmə sisteminintələblərinə cavab verir”, - deyə Skiepatti qeyd edib.
TAP bu yaxınlarda BMT-nin Ətraf Mühit Proqramının (UNEP) metanemissiyalarının uçotu və azaldılması üzrə aparıcı təşəbbüsü olanOil & Gas Methane Partnership 2.0 (OGMP 2.0) təşəbbüsü çərçivəsindəGold Standard Pathway standartına sadiqliyini təsdiqləyib. Bu mühümtanınma TAP-ın fəaliyyətinin bütün mərhələlərində metanemissiyalarının daha dəqiq anlaşılmasına, kəmiyyətcəqiymətləndirilməsinə və azaldılmasına sadiqliyini əks etdirir.Sertifikatlaşdırma onu da göstərir ki, TAP metan emissiyalarınınölçülməsi və uçotu üzrə OGMP 2.0-ın sərt tələblərinə uyğun detallıbir yol xəritəsi hazırlayıb; bu tələblər neft-qaz sektorundaşəffaflıq və effektivlik üçün qlobal meyar kimi çıxış edir.
Hazırda TAP vasitəsilə hidrogenin nəqlinin texniki imkanları daqiymətləndirilməkdədir.
Transadriatik boru kəmərinin beş illik uğurlu fəaliyyətiPrezident İlham Əliyevin strateji uzaqgörənliyini aydın şəkildənümayiş etdirir. TAP təkcə infrastruktur layihəsi deyil, Avropanınenerji təhlükəsizliyinin mühüm elementi kimi çıxış edərək,Azərbaycan qazının etibarlı tədarükünü təmin edir və mənbələrin vəmarşrutların şaxələndirilməsinə töhfə verir.
Davamlı enerji mənbələrinə artan tələbat və enerjitəhlükəsizliyinin gücləndirilməsi zərurəti fonunda Avropa ölkələriAzərbaycan təbii qazının həcmlərinin artırılmasına açıq maraqgöstərirlər. Artıq Azərbaycandan qaz alan dövlətlər tədarükləriartırmağa can atır, hələ Cənub Qaz Dəhlizinə qoşulmayan ölkələr isəbu etibarlı mənbəyə çıxış əldə etmək istəklərini ifadə edirlər.
Mövcud geosiyasi vəziyyət və bazarın tələbləri praqmatik yanaşmatələb edir. Tam enerji keçidi aralıq həllər olmadan mümkün deyil.Buna görə də beynəlxalq maliyyə qurumlarının mövqelərini yenidənnəzərdən keçirmələri və xüsusilə Cənub Qaz Dəhliziningenişləndirilməsi kimi təbii qazın nəqli layihələrinimaliyyələşdirməyə davam etmələri son dərəcə vacibdir.
Cənub Qaz Dəhlizinin həyata keçirilməsi təcrübəsi göstərdi ki,Azərbaycanla Avropa ölkələri arasında sıx əməkdaşlıq, uzaqgörənlikvə strateji planlaşdırma real nəticələr verə bilir. Bu gün dəAvropanın uzunmüddətli perspektivdə enerji təhlükəsizliyini təminetmək üçün eyni dərəcədə qətiyyət və gələcəyə baxış tələbolunur.