Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Paralel.az xəbər verir ki , bu barədə AFFA məlumat yayıb.
Məlumata görə, millimizin futbolçusu Toral Bayramov zədələndiyi üçün heyətdən çıxarılıb.
Qeyd edək ki, Milli komanda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.
Yığmaya Ayxan Abbasov rəhbərlik edir.