AZ

“Yerə zibil atmayın” dedi, hücuma məruz qaldı - ANBAAN VİDEO

Türkiyənin Zonquldak vilayətində ürəkağrıdan hadisə baş verib.

Musavat.com xəbər verir ki, şəhərin izdihamlı bir ərazisində növbətçi təmizlik işçisi bir qrup gəncin yerə zibil atdığını görərək onları xəbərdar edib.

Məlumatlara görə, xəbərdarlıqdan sonra gənclərdən biri təmizlik işçisinə “Təmizləməlisiniz” deyərək qarşılıq verib. Gərginlik qısa müddətdə artıb və gənc qrup təmizlik işçisinə hücum edib.

Hücumu törədən şəxslərin kimliyi hələlik müəyyən edilməyib. Baş verən insident ərazidəki təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Musavat.com

Seçilən
33
musavat.com

1Mənbələr