AZ

"Qarabağ"ın daha bir futbolçusu millimizin heyətindən çıxarıldı

"Qarabağ"ın futbolçusu Toral Bayramov Azərbaycan millisinin heyətindən çıxarılıb.

Milli.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, buna səbəb futbolçunun zədələnməsi olub.

Xatırladaq ki, daha əvvəl "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev yüksək bədən temperaturu səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika stadionunda Fransa yığması ilə qarşılaşacaq.

Milli.Az

Seçilən
15
4
milli.az

10Mənbələr