AZ

008 in sürücüsü həbs edildi, vəsiqəsi əlindən alındı

Milli.az saytına istinadən ain.az xəbər verir.

Bakıda narkotik maddənin təsiri altında avtomobil idarə edən sürücü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

DİN-in Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumatına görə, Bakı Şəhər DYP əməkdaşları yol hərəkəti qaydasını pozan "BMW" markalı, 90 BY 008 dövlət nömrə nişanlı maşını idarə edən İlkin Qarayevə nəzarət tədbiri tətbiq ediblər.

Sənədlərin yoxlanılması zamanı sürücünün davranışı polis əməkdaşlarında şübhə yaradıb. Bu səbəbdən o, tibbi müayinəyə göndərilib. Müayinənin nəticələrinə əsasən Qarayevin narkotik qəbul etdiyi müəyyən olunub.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İlkin Qarayevin sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və ona 25 sutkalıq inzibati həbs tətbiq edilib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
news.milli.az

3Mənbələr