Bakı. Trend:
Multimodal daşımalar və təchizat zəncirinin idarəedilməsi iləməşğul olan beynəlxalq logistika qrupu “Rhenus Logistics” OrtaDəhlizdə terminalların və yükaşırma əməliyyatlarının idarə olunmasıüçün özünün xüsusi proqram təminatını hazırlayır.
Bunu Trend-əmüsahibəsində “Rhenus Logistics” nümayəndəsi bildirib.
Şirkətin bildirdiyinə görə, rəqəmsallaşma “Rhenus” Qrupununlogistika strategiyasının əsas elementlərindən biridir və bu,Azərbaycan daxil olmaqla bütün Transxəzər Dəhlizi boyuncafəaliyyətləri əhatə edir.
“Perspektivli istiqamətlərdən biri, gömrük, liman və dəmir yolustrukturlarını vahid platformada birləşdirən dəhliz idarəetməsistemlərinin tətbiqidir.Belə sistemlər çatışmazlıqların qarşısınıalmağa, proseslərin real vaxtda görünməsini təmin etməyə və dahasəmərəli keçid qabiliyyətinin planlaşdırılması üçünproqnozlaşdırıcı analitikadan istifadə etməyə kömək edir”, – deyəşirkətdən əlavə olunub.
Bildirilir ki, “Rhenus” eyni zamanda terminalların və yükaşırmaəməliyyatlarının idarəolunması üçün iri logistika hablarınınlayihələndirilməsi və idarəolunmasındakı təcrübəsinə söykənərək özproqram təminatı hazırlamaqdadır.
“Şirkət bu təcrübəni regionda tətbiq etməklə, yüklərin emalvaxtını və xərcləri azaltmaq,və beləcə Transxəzər marşrutunualternativ marşrutlarla müqayisədə daha rəqabətqabiliyyətli etməkniyyətindədir.Rəqəmsallaşma dayanıqlılıqla sıx bağlıdır. “Rhenus”2015-ci ildən Azərbaycanda fəaliyyətə başladığından, şirkət xidmətspektrini avtomobil daşımalarından dəmir yolu komponentlimultimodal xidmətlərə genişləndirərək emissiyaları azaldıb və gücimkanlarının səmərəli istifadəsini artırıb.Bakıda keçirilən COP29çərçivəsində “Rhenus” ekoloji təmiz elektrik yük maşını ilə yerlilogistika əməliyyatlarını dəstəkləyərək əyani olaraq nümayişetdirib ki, praktik innovasiyalar daha təmiz və səmərəlilogistikaya töhfə verir”, – deyə “Rhenus Logistics” nümayəndəsiyekunlaşdırıb.