AZ

Azərbaycanın basketbol millisi Monteneqronu qəbul edəcək

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

"Cebheinfo.az" xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupunda Monteneqronu qəbul edəcək.

Qarşılşama Bakı İdman Sarayında saat 15:00-da start götürəcək.

Qeyd edək ki, yığma seçmə mərhələdəki ilk matçda Bolqarıstan millisinə 48:141 hesabı ilə məğlub olub.

"Cebheinfo.az"

Seçilən
17
6
cebheinfo.az

10Mənbələr