AZ

Bakıda “Range Rover”in sürücüsü piyadanı vurub öldürdü

BAKI, 15 noyabr. TELEQRAF

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə gecə 00:32 radələrində Mərdəkan şossesində qeydə alınıb.

Belə ki, 90-TK-444 dövlət qeydiyyat nişanlı “Range Rover”i idarə edən sürücü 1978-ci il təvəllüdlü Hüseynov Ramini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
47
6
teleqraf.com

7Mənbələr