Bakı. Trend:
Transadriatik qaz kəməri (TAP) vasitəsilə qaz tədarükü idxalçıölkələrin enerji təhlükəsizliyini gücləndirib və istehlakçılar üçünqazın qiymətini daha proqnozlaşdırıla bilən edib.
Bunu Trend-əABŞ-nin Hərbi-Dəniz Aspiranturası Məktəbinin müəllimi, professorBrenda Şaffer TAP-ın kommersiya istismarına başlamasının 5 illiyimünasibətilə bildirib.
O qeyd edib ki, Aİ ölkələrinin, BMT-nin və Beynəlxalq EnerjiAgentliyinin əksəriyyətindən fərqli olaraq, Azərbaycan 2010-cuillərin əvvəllərində Avropaya təbii qaz tədarükünün artırılmasınaehtiyacın yaranacağını qabaqcadan görürdü və dünyada qaztələbatının azalmaq əvəzinə artdığını anlayırdı.
“TAP üzrə yekun investisiya qərarı qəbul edilərkən dünyada birçoxları enerji keçidinin – daş kömür və digər yanacaq növlərindənbərpa olunan enerji mənbələrinə keçidin – qaçılmaz olduğunudüşünürdü. Lakin Azərbaycan və SOCAR , hazırda təbii qazın bərpaolunan alternativinin olmadığını və bərpa olunan enerji mənbələriəslində elektrik enerjisinin dayanıqlı istehsalını təmin edən bazagenerasiyası üçün qaz tələbatını artırdığını düzgün qiymətləndirdi.Son on il ərzində bərpa olunan enerji mənbələrinə qlobal tələbatartsa da, daş kömür və qaz tələbatı bundan da çox artıb.Bərpaolunmayan yanacaqlardan bərpa olunan enerjiyə keçid hələ ki,baş vermir”, – deyə Şaffer vurğulayıb.
O həmçinin qeyd edib ki, Brüssel Azərbaycanı son dərəcə etibarlıqaz tədarükçüsü və geosiyasi tərəfdaş kimi qəbul edir.
“Təbii qaza tələbatın yeni dövrü formalaşır. Ölkələr artıq açıqşəkildə qazın vacibliyini bəyan edirlər. Yaxın vaxtlarda çoxsaylıçoxtərəfli institutlar və dövlətlər təbii qaz layihələrinin dövlətmaliyyələşdirilməsinə dair qadağaları aradan qaldıracaqlar. Mənimfikrimcə, bütün enerji mənbələri arasında qarşıdakı onillikdə ənsürətlə artacaq tələbat məhz qaz və daş kömürə olacaq. Qaztələbatının bu tendensiyası SOCAR və Azərbaycan üçün son dərəcəəlverişlidir”, – deyə professor bildirib.
Xatırladaq ki, 15 noyabr 2020-ci ildə, tikintinin başlanmasındandörd il yarım sonra, Yunanıstan, Albaniya, Adriatik dənizi vəİtaliyadan keçən 878 kilometrlik qaz nəqletmə sistemi kommersiyaistismarına verilib. 31 dekabr 2020-ci ildə TAP ilk qazın nəqlinəbaşlayıb. TAP-ın illik ötürmə gücü 10 milyard kubmetrdir və bugöstərici 20 milyard kubmetrədək artırıla bilər. 2024-cü ilinyanvarında TAP üzrə tədarüklərin daha 1,2 milyard kubmetrartırılması təsdiqlənib. Hazırda 2026-cı ildən başlayaraqAlbaniyaya TAP vasitəsilə qaz tədarükünün təşkili ilə bağlı işləraparılır.