U-19 millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində 2-ci matçına çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Elxan Abdullayevin komandası Şimali İrlandiya ilə qarşılaşacaq.
Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17.30-da start götürəcək. Matç qazaxıstanlı Sayat Karabayevə həvalə olunub.
Qeyd edək ki, komandamız 13-cü qrupdakı ilk matçda Çexiyaya böyük hesabla uduzub - 1:6.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta