ain.az bildirir, Qafqazinfo portalına istinadən.
Türkiyəli aktrisa Mina Derman çiçək satan bir uşağı avtomobili ilə vuraraq hadisə yerindən uzaqlaşıb.
“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı görüntülər Türkiyənin bəzi xəbər səhifələrində paylaşılıb.
Hadisə dünən axşam saatlarında İstanbulun Bebek rayonunda baş verib.
Görüntülərdən Dermanın avtomobildə sükan arxasında olduğu, uşağın maşına yaxınlaşdığı və aktrisanın bu zaman jurnalistləri görərək panikaya düşüb sürətlə oradan uzaqlaşdığı, azyaşlının isə yerə yıxıldığı görünür.
Sözügedən hadisə sosial mediada geniş müzakirələrə səbəb olub, aktrisa davranışına görə sərt tənqid edilib.
23 yaşlı M.Derman məsələ ilə bağlı instaqram hesabında açıqlama yayaraq iddiaları təkzib edib: “Hər hansı avtomobillə vurma və ya qaçma hadisəsi baş verməyib. Həmin an yanımızda olan jurnalistlər də bunu gördü. Uşaq avtomobilin arxasınca qaçarkən özü qəfil maşına dəydi və yıxıldı. Ona baxanda gördüm ki, artıq ayağa qalxıb qaçır”.
Qeyd edək ki, Mina Derman hazırda “Sahibsizlər” serialında “Melis” obrazını canlandırır.




Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.