AZ

İtkin kişinin meyiti tapıldı

Hacıqabulda 2 gündür itkin kimi axtarılan kişinin meyiti tapılıb.

"Yeni Sabah" xəbər verir ki, 72 yaşlı Qızılburun kənd sakini Xanzaman Məmmədov yaşadığı evin həyətində ağaclıq ərazidə ölmüş vəziyyətdə aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Onun ürəktutmadan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
25
9
yenisabah.az

10Mənbələr