Azərbaycan milli komandasının Fransa yığması ilə Bakıda keçirəcəyi DÇ–2026-nın seçmə mərhələ oyununu Latviya və Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüşdə baş hakim Andris Treimanisə Haralds Gudermanis və Aleksey Spasennikovs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitalis Spasyoņņikovs yerinə yetirəcək.
Kley Ruperti VAR-da Kristaps Ratnieks isə AVAR-da təmsil olunacaqlar.
Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qabil YUSİFOĞLU
XQ