AZ

Bakıda yağmursuz, bəzi bölgələrdə yağış, dolu və qar...

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcəyi, çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 10-13, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85, gündüz 70-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-10, gündüz 15-19, dağlarda gecə 2-5, gündüz 5-9 dərəcə isti olacağı bildirilir.

Q.ƏLİYEVXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
32
xalqqazeti.az

10Mənbələr