ABŞ prezidenti Donald Tramp özünün illik tibbi müayinəsi çərçivəsində edilən MRT nəticələrini jurnalistlərlə bölüşərək “Həkim mənə dedi ki, bu, onun həyatda gördüyü ən yaxşı nəticələrdir” – deyə bildirib.
Musavat.com-un məlumatına görə Tramp əlavə edib ki, nəticə “mükəmməl” olub. Prezident qeyd edib ki, MRT onun hər il keçirdiyi standart tibbi müayinə çərçivəsində aparılıb.
Jurnalist Trampdan soruşub: “Beyninizi yoxlayıblar?” Tramp isə cavab verib: “Nəyi analiz etdiklərini bilmirəm, amma nə ediblərsə, yaxşı ediblər".
O, bu açıqlaması ilə həm sağlamlıq vəziyyətinə diqqət çəkmiş, həm də öz fiziki və zehni durumunun yüksək olduğunu vurğulamış oldu.
Musavat.com