AZ

Gürcüstan məşhur dələduzu azadlığa buraxdı

Almaniyanın tələbi ilə Gürcüstanda saxlanılan məşhur fırıldaqçı Simon Levayev azad edilib.

Publika.az xəbər verir ki, bu barədə Azadlıq” radiosunun Gürcüstan xidməti məlumat yayıb.

Levayev iki ay Kutaisi həbsxanasında yatıb. Onun vəkili Mariam Kublaşvili bildirib ki, Almaniyada müvəkkili ilə bağlı iş “tamamilə xitam edilib” və Almaniya tərəfi ekstradisiya tələbini geri götürüb.

Levayev sentyabrın 15-də Batumi hava limanında saxlanılmışdı. O, “İnterpol”un “Qırmızı bildiriş”i əsasında beynəlxalq axtarışa verilib. Mediada onun barəsində cinayət işinin “manipulyasiya və emosional zorakılığın” qurbanı olduğunu iddia edən Berlin sakininin şikayəti əsasında başlandığı bildirilir. O, Levayevin onunla Tinderdə görüşdükdən sonra ondan külli miqdarda pul tələb etdiyini iddia edib. Ekstradisiya edilərdisə, onu 10 ilə qədər həbs gözləyirdi.

Vəkil iddiaçının iddialarından imtina edib-etmədiyini dəqiqləşdirməyib.

Seçilən
38
publika.az

1Mənbələr