AZ

17 yaşlı qızın təxirə salınan toyu yenidən keçiriləcək

Sabirabadda nikah yaşına çatmayan qızın toy mərasiminin keçiriləcəyi bildirilir.

Publika.az Milli.Az-a istinadən xəbər verir ki, tərəflər noyabrın sonunda toy keçirmək üçün hazırlıqlara başlayıblar.

Məlumata əsasən, toy oğlan evinin həyətində təşkil olunacaq və mərasimin geniş ictimaiyyətə açıq şəkildə keçirilməyəcəyi deyilir.

Mənbə bildirib ki, həm bəy, həm də gəlin toy libaslarında olacaqlar.

Qeyd edək ki, qızın 18 yaşı gələn il iyunun 19-da tamam olacaq.

Seçilən
26
3
publika.az

10Mənbələr