AZ

Bu serialın yayımı dayandırılacaq

Aktyor Elməddin Cəfərov "Qız atası" serialının yayımının dayandırılacağını açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, "İkibaşlı" proqramında danışıb. 

Aktyor qeyd edib ki, bu ilin sonunda serial final edəcək:

"Bacanaqlar" serialı 10 il davam etdi. Düşünürdüm ki, bu rekordu keçə bilərəmmi? Keçdim. "Qız atası" serialı 12 il davam etdi. Hər şeyi ən yaxşı vaxtında dayandırmaq lazımdır. Tamaşaçı dayandır deməməlidir, bunu özün etməlisən". 

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
101
7
yenisabah.az

9Mənbələr