AZ

Prezident İlham Əliyev Özbəkistanda səfərdədir



Prezident Şavkat Mirziyoyevin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının yeddinci Məşvərət Görüşündə fəxri qonaq kimi iştirak etmək üçün Özbəkistana işgüzara səfərə gedib.


Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, yüksək vəzifəli qonaq Daşkənd-Humo Beynəlxalq Hava Limanında Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər tərəfindən qarşılanıb.

Xatırladaq ki, Mərkəzi Asiya Dövlət Başçılarının yeddinci Məşvərət Görüşü 15-16 noyabr tarixlərində Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə keçiriləcək.

Zirvə görüşünün gündəliyinə Mərkəzi Asiyada regional əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də prioritet sahələrdə birgə layihələrin və təşəbbüslərin həyata keçirilməsi məsələləri daxildir. Regional və beynəlxalq siyasətin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Süleyman
Seçilən
51
newscenter.az

1Mənbələr