AZ

Diyetoloq məşhur içkinin zərərləri barədə xəbərdarlıq edib

Diyetoloq Yelena İqnatikova xəbərdarlıq edib ki, bubble çayının müntəzəm istehlakı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, "Life.ru" saytına müsahibəsində ekspert bildirib ki, standart 500 ml porsiyada 40-60 qram şəkər var ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının gündəlik tövsiyə etdiyi səviyyəni aşır.

Təhlükəli maddələr arasında yüksək qlisemik indeksli tapioka mirvariləri var. Onlar sürətli karbohidrat təsiri göstərərək həzm problemlərinə və metabolik xəstəliklərin riskinin artmasına səbəb ola bilər. İqnatikova xüsusilə artıq çəkisi olan, insulin müqaviməti, şəkərli diabet və ürək-damar xəstəlikləri olan insanları, eləcə də uşaqları və yeniyetmələri diqqətli olmağa çağırıb.

Ekspert həmçinin içkinin tərkibində quru krem, trans yağlar və süni tatlar olduğunu qeyd edib. Bu maddələr “pis” xolesterinin səviyyəsini artırır, allergik reaksiyalara səbəb ola bilər və stəkan başına 350-500 kilokalori enerjiyə malik içki yaradır.

Diyetoloq tövsiyə edir ki, bubble çayı ayda 1-2 dəfədən çox içilməməli, risk qrupuna daxil olan şəxslər isə onu pəhrizdən tamamilə çıxarmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
32
e-saglam.az

1Mənbələr