AZ

Bakıda paraddan sonra C 130 qəzası, Pakistanda terakt... Uydurmanı bitirin!

ain.az bildirir, Bakupost portalına istinadən.

Azərbaycanlı konspirologiya uydurucuları Türkiyənin C-130 hərbi-nəqliyyat təyyarəsinin Gürücüstan səmasında qəzaya uğramasını Zəfər Günü Bakıda keçirilən Hərbi paradda Türkiyə-Azərbaycan-Pakistan hərbiçilərin birgə iştirakı ilə izah edərək, cəmiyyətin konspirologiyaların əsirinə çevrilməsi prosesini gücləndirdilər.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.

“Çox güman ki, konspirologiya uydurucuları “Təhrik-i Taliban Pakistan” terror təşkilatının Pakistanın paytaxtı İslamabadda törətdiyi terror aktını da Türk-İslam Birliyini istəməyən qüvvələrin əməli adlandıracaqlar. Halbuki Pakistanda terror adi hala çevrilib. Qənaətimcə, bu vəziyyət 21-ci əsrin sonuna kimi dəyişməyəcək.

Türkiyədə çox yayğın olan konspiroloji düşüncə tərzinin Azərbaycanda sürətlə yayılması Qarabağın işğalından daha qorxulu hadisədir. Qarabağın işğalı cəmiyyəti düşmənə qarşı mübarizəyə səfərbər edərək birləşdirirdi. Konspiroloji düşüncə tərzinin güclənməsi cəmiyyəti parçalayır və bir-birindən şübhələnən qruplara çevirir”, - o bildirib.

Asena,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
www.bakupost.az

1Mənbələr