Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə gecə 00:32 radələrində Mərdəkan şossesində qeydə alınıb.
Belə ki, 90 TK 444 dövlət qeydiyyat nişanlı “Rənc Rover”i idarə edən sürücü 1978-ci il təvəllüdlü Ramin Hüseynovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.