
Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Yaşarqızı vəfat edib.
Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə onun bacısının köməkçisi məlumat verib.
Məlumata görə, o, gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.
Onun gecə saat 4-də dünyasını dəyişdiyi bildirilir.
Ü.Yaşarqızının bir övladı yadigar qalıb.
Qeyd edək ki, Xalq artisti Yaşar Nuri 2012-ci ilin noyabrında 61 yaşında vəfat edib.