AZ

SOCAR reytinq şirkətləri ilə yeni ESG reytinqlərinin əldə edilməsi istiqamətində aktiv danışıqlar aparır

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) reytinq şirkətləri iləyeni ESG (Ətraf mühit, Sosial və İdarəetmə) reytinqlərinin əldəedilməsi istiqamətində aktiv danışıqlar aparır.

Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.

Bildirilib ki, alternativ maliyyə resurslarına çıxışıasanlaşdırmağı və qlobal kapital bazarlarında əlavə investisiyafondları ilə əməkdaşlıq etməyi, həmçinin “Yaşıl” və “dayanıqlı”maliyyə alətlərindən istifadənin təmin edilməsini hədəfləyən SOCARXəzər regionunda ESG (Ətraf mühit, Sosial və İdarəetmə) meyarlarıüzrə MSCI şirkəti tərəfindən BBB ilkin reytinqi əldə edən ilkşirkətdir. Vurğulanıb ki, bu reytinq SOCAR-ın əksər milli neftşirkətləri ilə müqayisədə daha güclü mövqeyə malik olduğunugöstərir.

"Hazırda SOCAR bu istiqamətdə digər reytinq şirkətləri ilə dəyeni ESG reytinqlərinin əldə edilməsi istiqamətində aktivdanışıqlar aparır",- məlumatda qeyd edilib.

Qeyd edək ki, “S&P Global Ratings” qlobal kapitalbazarlarında kredit keyfiyyəti və risklərin qiymətləndirilməsi üzrəən nüfuzlu beynəlxalq reytinq agentliklərindən biridir. Şirkətinreytinqləri investorlar və maliyyə institutlarının qərarları vəborclanma planları üzərində birbaşa təsirə malikdir. Mövcud BBreytinqi, ötən səkkiz il ərzində SOCAR üzrə qeydə alınmış ən yüksəkqiymətləndirmədir.

Bildirilib ki, son illərdə enerji bazarlarında müşahidə olunandəyişkənliyə baxmayaraq, SOCAR-ın ardıcıl dörd il müsbət sərbəstpul axını, sabit borclanma profili və yüksək likvidlik səviyyəsiilə seçilib. Şirkətin risklərin idarə olunması, əməliyyatdayanıqlılığı və maliyyə qərarlarının icrasında yüksək səmərəliliyibu nəticələrin əldə olunmasını imkan yaradıb. Vurğulanıb ki,S&P tərəfindən verilmiş “sabit” proqnoz SOCAR-ın mövcud maliyyəgöstəricilərini qoruyub-saxlama qabiliyyətinə dair ortamüddətli vəuzunmüddətli dövr üçün etibarlı gözləntilərdəki müsbət yanaşmanıəks etdirir.

"Eyni zamanda, borc öhdəliklərinin azaldılması, likvidliksəviyyəsinin qorunması və beynəlxalq maliyyə bazarlarında etimadınyüksəlməsi SOCAR-ın dayanıqlı maliyyə idarəetməsi strategiyasınıneffektivliyini təsdiqləyir. Bu kompleks tədbirlərin nəticəsindəşirkət tarixində ilk dəfə olaraq iki beynəlxalq “investisiya olunabilən səviyyə” kredit reytinqinə – BBB- (Fitch Ratings) və Baa3(Moody’s) – layiq görülüb ki, bu da SOCAR-ın qlobal kapitalbazarlarında maliyyə sabitliyinin və etibarlılığınıngöstəricisidir", - məlumatda əlavə edilib.

Əlavə edək ki, "S&P Global Ratings” SOCAR-ın uzunmüddətliemitent reytinqini BB səviyyəsinə yüksəldib.

SOCAR-ın maliyyə sabitliyini gücləndirməsi, əməliyyatlarınmiqyas və əhəmiyyət baxımından ölkə iqtisadiyyatında əsas roloynaması, eləcə də idarəetmə proseslərində korporativ standartlarınyüksəldilməsi və bu kimi digər vacib xüsusiyyətlər reytinqinartırılmasını təmin edib.

Məqalədə:
Seçilən
37
14
az.trend.az

10Mənbələr