“Qarabağ”ın futbolçusu Toral Bayramov Azərbaycan millisinin heyətindən çıxarılıb.
Bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, buna səbəb futbolçunun zədələnməsi olub.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.
Xatırladaq ki, daha əvvəl “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev yüksək bədən temperaturu səbəbindən millidən çıxarılıb.