AZ

"Milan"ın hücumçusu ad gününü Bakıda qeyd edib

Dünya çempionatının seçmə mərhələsində son oyunda Azərbaycan yığması ilə qarşılaşacaq Fransa milli komandası artıq Bakıya çatıb. Səfər heyətində yer alan "Milan"ın hücumçusu Kristofer Nkunku isə ad gününü məhz burada qeyd edib.

Milli.Az-ın məlumatına görə, Fransa Futbol Federasiyası bu münasibətlə maraqlı paylaşım edərək yazıb:

"Nkunku 28 yaşını Azərbaycanda qarşılayır! Bakıda daha kimlər ad gününü qeyd edib?"

Xatırladaq ki, Azərbaycan - Fransa qarşılaşması sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Kənan
Milli.Az

Seçilən
45
1
milli.az

2Mənbələr