Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar şahmat turniri keçirilib. SİA-nın verdiyi məlumata görə, turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Yarış İsveçrə sistemi üzrə şahmatın blitz növündə təşkil olunmuşdur. Bakı şəhərində keçirilən yarışda 15-25 yaş arası 48 nəfər yeniyetmə və gənclər (24 qız, 24 oğlan) iştirak edib. Gərgin mübarizə şəklində gedən turnirin qalibləri müəyyənləşib.
• I yer – Tural Əliyev (Azərbaycan Texniki Universitetin IV kurs tələbəsi)
• II yer – Nərgiz Adıgözəlova (ADA Məktəbinin 10-cu sinif şagirdi)
• III yer - Vüsalə Qarayeva (Bakı şəhərində yerləşən Kəlbəcər 126 saylı tam orta məktəbin 11-ci sinif şagirdi)
Turnirin sonunda qaliblərə diplom və hədiyyələr, medallar, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.