AZ

Sabah leysan olacaq – Xəbərdarlıq

Noyabrın 16-sı axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Tribunainfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Seçilən
23
46
tribunainfo.az

10Mənbələr