AZ

Azərbaycanda şüşə istehsalı cüzi artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 8 milyon 441 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % çoxdur.

Bu il noyabr ayının 1-nə, Azərbaycanda 1 milyon 604 min kvadratmetr hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 10 milyon kvadratmetr tikinti şüşəsi istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 14,3 % çoxdur.

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
0
2
sia.az

3Mənbələr