AZ

Naxçıvanda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb - FOTOLAR

Naxçıvan-Sədərək magistralında ağır yol qəzası baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə zamanı "Hyundai" markalı avtomobillə "Mersedes" toqquşub.

Qəza zamanı 2 nəfər müxtəlif bədən xəsarəti alıb. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
10
4
cebheinfo.az

6Mənbələr