AZ

Trampdan Epstein iddiasına cavab: “Bu məsələ haqqında heç nə bilmirəm”

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp, Cefri Epşteynin “Trampın qızlardan xəbəri vardı” iddiasını rədd edərək “bu barədə heç nə bilmədiyini” qeyd edib.

Sherg.az xəbər verir ki, Tramp, Epşteynlə münasibətlərinin uzun illər pis olduğunu və əsas diqqətin Epşteynin Bill Klinton və digər nüfuzlu şəxslərlə əlaqələrinə yönəlməli olduğunu deyib.

Ağ Ev Demokratların Trampı Epşteyn işinə bağlamaq cəhdlərini siyasi manipulyasiya adlandırıb.

Bu arada Nümayəndələr Palatasının Nəzarət Komitəsi Epşteyn işinə dair 20 min səhifəlik yeni sənədlər yayıb. Sənədlərdə Epşteynin Tramp, Ghislaine Maxwell, Şahzadə Endryu, Stiv Bannon və digər şəxslərlə e-poçt yazışmaları yer alır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
sherg.az

1Mənbələr